Rusiyada saxlanılan “The Wall Street Journal”ın Moskva bürosunun jurnalisti Evan Gerşkoviçə qarşı rəsmi ittiham irəli sürülüb.

"Unikal" xəbər verir ki, jurnalist Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə ittiham olunur.

Evan Gerşkoviç martın sonunda Yekaterinburqda saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti “The Wall Street Journal” müxbirinin casusluqda şübhəli bilindiyini bəyan edib.