ABŞ Ticarət Departamenti Rusiyanın "Kaspersky Lab" şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək imkanını nəzərdən keçirir.

"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal nəşri mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Vaşinqton şirkətin Moskvaya kibercasusluqda kömək edə biləcəyindən narahatdır.

ABŞ hakimiyyət orqanları "Kaspersky Lab" məhsullarının bəzi mühüm infrastruktur obyektlərinin (enerji, su təchizatı və s.) operatorlarının kompüterlərində işləməsindən xüsusilə narahatlıq keçirir.