Cümə günü axşam saatlarında Təl-Əviv sahilində törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, məlumata görə, terrorçu idarə etdiyi avtomobillə bir neçə piyadanı vurub.

Daha sonra o, maşından düşərək, ətrafdakılara atəş açıb. Polis əməkdaşları onu zərərsizləşdirib. Təl-Əviv sahilinə çoxlu sayda polis və təcili yardım maşınları toplaşıb.

23:31

İsrailin Təl-Əviv şəhərində atışma olub, yaralananlar var.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN-in məlumatına görə, hadisə nəticəsində 7 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Polis bildirib ki, naməlum şəxs avtomobillə Təl-Əvivin Çarlz Klor dənizkənarı parkında piyadaları vurub, bundan sonra o, zərərsizləşdirilib.

Bundan əvvəl "Kan" radiosu Tel-Əviv sahilində atışma nəticəsində iki nəfərin yaralandığını bildirmişdi.