Rusiya Federasiyasının Prezidenti Vladimir Putin cari ilin payızında Qazaxıstana səfər edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib. 

"Rusiya tərəfinin bu ilin payızında Vladimir Vladimiroviç Putinin Qazaxıstana səfərini təşkil etməyə hazır olduğunu təsdiqlədiyinə görə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, bu səfər zamanı səmərəli danışıqlar aparılacaq və biz regionlararası forum təşkil edə biləcəyik. Bildiyiniz kimi, biz bu mühüm tədbirin təşkili üzərində işləyirik. Forum Kostanay şəhərində keçiriləcək", - deyə Murat Nurtleu bildirib.

Murat Nurtleu qeyd edib ki, Rusiya ənənəvi olaraq Qazaxıstanın əsas strateji və iqtisadi tərəfdaşıdır. 

Sergey Lavrov həmkarını son parlament seçkiləri və baş nazirin müavini və xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Ağarza Elçinoğlu