SEPAH Xəzər dənizində hərbi parad keçirir.

"Unikal" xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanı general Təngsiri paradın Fələstin xalqına dəstək məqsədi daşıdığını deyib.

"Bu gün Xəzər dənizi, Fars körfəzi və Oman dənizində məzlum Fələstin xalqına dəstək üçün Bəsic qüvvələrinin 2700-dən çox gəmisi Fələstin xalqına dəstək paradında iştirak edir.
 Bu parad 5 müqavimət ölkəsində də keçirilir və onlar öz döyüş qabiliyyətini nümayiş etdirirlər"-deyə bildirib.