Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Özbəkistana işgüzar səfərə gedir 

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Sabah başlayacaq səfər zamanı Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

İclas zamanı nazirlər beynəlxalq və regional mövzuları müzakirə edəcəklər.