Braziliya prezidenti Lula da Silva Çinə səfəri zamanı milli valyutaların xeyrinə dollardan imtina etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

“Niyə biz öz valyutalarımız əsasında ticarət edə bilmirik? Qızıl standartı yoxa çıxandan sonra dolların valyutaya çevrilməsinə kim qərar verdi? Niyə BRICS bankı Braziliya ilə Çin arasında, Braziliya ilə digər ölkələr arasında ticarət əlaqələrini maliyyələşdirmək üçün valyutaya malik deyil? Bu bizim üçün qeyri-adi olduğu üçün çətindir” deyə o, bildirib.

Bloomberg-in məlumatına görə, Braziliya prezidenti BRICS ölkələrini xarici ticarətdə dollara alternativ tapmağa çağırıb.