ABŞ-ın eks-prezidenti Donald Tramp ölkə gündəmindən düşmür.

"Unikal" xəbər verir  ki, ötən günlərdə məhkəmə qarşısına çıxan Tramp bu dəfə fərqli bir iş üzrə ifadə verib.

250 milyon dollarlıq dələduzluq işi ilə bağlı Nyu-Yorka gələn Tramp təxminən 7 saat prokurorluqda qalıb.

Tramp və onun komandası illər ərzində müvafiq kreditlər və vergi güzəştləri əldə etmək üçün fırıldaqçılıqda ittiham olunurlar. Onun banklar, hotellər və qolf meydançaları kimi aktivlərinin dəyəri barədə yalan məlumat verdiyi iddia edilir.

Eks-prezident bu işi araşdırmaq üçün konstitusion hüququndan istifadə edərək 400 dəfədən çox ifadə verməkdən imtina edib.

Tramp prokurorluğa getməzdən əvvəl sosial şəbəkədə yazıb: “Mənə qarşı seçkiyə müdaxilə məqsədi daşıyan bütün işlər kimi, bu da gülüncdür”.