Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə Oğuzhan Uğurun "Mevzular Açıq Mikrofon" proqramında iştirak edib.

"Unikal" xəbər verir ki, proqramın 9 dəqiqəlik tanıtım hissəsində Məhərrəm İncənin ona sual verən tamaşaçılara çox əsəbiləşdiyi görülüb.

Hətta, İncə ona sual verən tamaşaçını FETÖ üzvü olmaqda ittiham edib. Tamaşaçılar İncənin bu sözünə sərt reaksiya veriblər. 

Bir xanım tamaşaçı "Biz belə davranmaqdan artıq bezmişik. Bu gün beləsənsə, sabah hakimiyyətə gələndə necə olacaqsan?"-  deyə bildririb. İncə ilə yaşanan gərginlikdən sonra çox sayda tamaşaçı zalı tərk edib.

Gülayə Mecid