Hollandiya hökuməti dözülməz dərəcədə əziyyət çəkən və sağalma şansı olmayan 1-12 yaş arası uşaqlar üçün evtanaziyaya icazə verilməsi ilə bağlı razılığa gəlib.

"Unikal" xəbər verir ki, bu barədə cümə günü Hollandiya hakimiyyəti məlumat yayıb. 

Nazirin göndərdiyi sənəddə deyilir: “Söhbət sağalmaq ümidi olmadan dözülməz iztirablar çəkən, palliativ müalicəsi onların əzablarını yüngülləşdirməyə imkan verməyən və yaxın gələcəkdə ölümü qaçınılmaz olan ümidsiz xəstə uşaqlardan ibarət kiçik qrupdan gedir”. 

Bu məsələ cəmiyyətdə çoxdan müzakirə olunur. Hazırda evtanaziya ilə bağlı xüsusi protokol bir yaşa qədər ölümcül xəstələrə şamil edilir. 12 yaşdan yuxarı uşaqlar ümumi qaydalara uyğun olaraq könüllü olaraq həyatı tərk etmək qərarına gələ bilərlər. 1 yaşdan 12 yaşa qədər olan qrup əhatə olunmayıb. Ehtimal olunur ki, qanunvericilikdə zəruri dəyişikliklər edildikdən sonra xüsusi protokol ona da şamil olunacaq.

Kuipers vurğulayıb ki, evtanaziya uşağı əzabdan xilas etmək üçün yeganə şans olduqda mümkün olacaq. “Söhbət ölümləri qaçılmaz olan uşaqlardan gedir.