“Türkiyə ilə Suriya arasındakı münasibətlərin yaxşılaşması bölgədəki vəziyyəti dəyişəcək”

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasının bölgə üçün əhəmiyyətli olduğunu bildirərkən deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistanın paytaxtı Səmərqənddə Əfqanıstana qonşu ölkələrin xarici işlər nazirləri ilə görüşdən sonra mətbuat konfransı keçirib. Regional məsələləri dəyərləndirərkən Türkiyə ilə Suriya münasibətlərinə də toxunan Lavrov Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin müavinləri arasında Moskvada keçirilən görüşü xatırladıb. Türkiyə və Suriya XİN başçılarının görüşü üçün danışıqların davam etdiyini xatırladan Lavrov, "Bu görüş formatını təbliğ etmək hamımızın ortaq marağındadır" dedi.

Türkiyə və Suriya xarici işlər nazirləri arasında görüşün zəruriliyini vurğulayan Lavrov, "Artıq Türkiyə ilə Suriya arasında konkret görüşə başlamaq lazımdır. Bu, çox əhəmiyyətli bir görüş olacaq. Bu, ölkədəki vəziyyətdə əhəmiyyətli dəyişikliklər edəcək. "Biz ərazi bütövlüyü prinsiplərini dəstəkləməyə hazırıq. Bu 4 ölkədən heç biri ərazi bütövlüyü prinsiplərini müzakirə etmir. Bu, dialoqu ekspertlər səviyyəsindən xarici işlər nazirləri səviyyəsinə qaldırmaq üçün yaxşı şərait yaradır"-deyə bildirib.