Rusiya Silahlı Qüvvələri Ukraynanın Slovyansk bölgəsini raket atəşinə tutub.

"Unikal" xəbər verir ki, raketlərdən biri yaşayış binasına düşüb.

Zərbə nəticəsində 5 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir. Dağıntılar altında biri uşaq olmaqla, 7 nəfərin qaldığı deyilir.

İlkin məlumatlara görə, atəş S-300 raket sistemindən açılıb.