Türkiyənin Adana şəhərində zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu haqda AFAD məlumat yayıb. Məlumata görə, Adananın Saimbəyli rayonunda yerli saatla 12:37-də 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin yerin təxminən 7 kilometr dərinliyində baş verdiyi bildirilib.