Sudan ordusu paytaxt Xartumda Prezident Sarayını mühasirəyə alıb.

"Unikal" xəbər verir ki, Prezident Sarayının bütün girişləri bağlanıb, bina zirehli texnika ilə mühasirəyə alınıb, şəhərdə atışma gedir.

Ordu ilə Çevik Hücum Qüvvələri arasında toqquşmalar var.

Hava limanının ələ keçirildiyi, uçuşların dayandırıldığı elan edilib. Ölkənin şimalındakı Meroe aerodromu da ələ keçirilib. Bundan əlavə, çevik qüvvələr ölkənin əsas hakimiyyətin simvolu olan Xartumdakı Respublika Sarayını nəzarətə götürdüklərini təsdiqləyiblər.

Sudan ordusu bildirir ki, xüsusi təyinatlılar hərbi qərargahı ələ keçirməyə və mövcud hökuməti devirməyə çalışırlar.