Hindistanın Maharaştra ştatında avtobus qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində12 nəfər ölüb, 27 nəfər yaralanıb. Bildirilir ki, ümumillikdə avtobusda 41 sərnişin olub.  Yaralılar xəstəxanaya yerləşdirilib. 

Qəzanın baş vermə səbəbi araşdırılır.