Son şəxsi məlumatlar göstərir ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 50%-dən çox səs toplayır və ilk turda uğur qazanmaq şansına malikdir.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Qeyd edək ki, “Optimar” araşdırma mərkəzinin aprelin əvvəlində 5 minə yaxın insanın iştirakı ilə keçirdiyi sorğuya əsasən, respondentlərin 45,9%-i “Ərdoğan üçün” cavabını verib, Kılıçdaroğlunun adını çəkənlərin payı 43,9% olub. 

Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib.