Sankt-Peterburqun mərkəzində Ukrayna bayrağı qaldırılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  mavi-sarı bayraq şəhərin mərkəzindəki Taurian sarayının yaxınlığında dalğalanır.

Bildirilir ki, Sankt-Peterburqda Ukrayna bayrağı ilə yanaşı MDB ölkələrinin də bayraqları qaldırılıb. Orada MDB ölkələrinin Parlamentlərarası Assambleyasının növbəti sessiyası öz işinə başlayıb.

Qeyd edilir ki, 2014-cü ildə Ukrayna bu tədbirdə iştirakdan imtina edib.