Rusiya ordusu Xerson vilayətini atəşə tutub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak teleqram kanalında məlumat verib.

“Rusların Xerson şəhərini atəşə tutması nəticəsində bu gün iki qadın həlak olub. Onlar həyatla bir araya sığmayan mina partlayıcısı xəsarətləri alıblar”, - Yermak bildirib.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, hava hücumu nəticəsində Xerson vilayətində hüquq-mühafizə orqanlarının üç əməkdaşı yaralanıb.