Türkmənistanda prezident Serdar Berdiməhəmmədovun imzaladığı fərmanla aprelin 17-də həyata keçiriləcək Qədr gecəsi ilə əlaqədar 463 məhbus əfv edilib.

"Unikal" xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb. 

Bildirilir ki, prezident Berdiməhəmmədov ölkədə adət olduğu kimi cinayət törədən və əməlindən peşman olan və səmimi tövbə edən vətəndaşların milli bayramlar öncəsi əfv olunduğunu qeyd edib.