Rusiya ilə Ukrayna arasında gedən müharibə nəticəsində həlak olan ukraynalı uşaqların sayı 469-a çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Telegram kanalında məlumat verilib. 2022-ci il fevralın 24-dən bu günə qədər 469 uşaq həlak olub, 948-i yaralanıb.

Qeyd edək ki, aprelin 14-də Ukrayna Milli Polisi aprelin 13-nə ümumilikdə 11258 uşağın itkin düşmüş hesab edildiyini açıqlayıb.