Cənubi Amerika ölkəsi Ekvadorda həbsxanada rəqib dəstələr arasında qarşıdurma baş verib.

"Unikal" xəbər verir ki, hadisə ölkənin Quayaquil şəhərindəki Litoral həbsxanasında qeydə alınıb. 

Qarşıdurma zamanı dəstə üzvlərindən 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Həbsxana müdiri Ronald Sançez mətbuata verdiyi açıqlamada həbsxanaya çoxlu təhlükəsizlik qüvvələrinin göndərildiyini və nəzarətə cəhd edildiyini bildirib.