Ukraynanın müdafiə naziri Oliksiy Reznikov rəsmi Ankaradan üzr istəyib.

"Unikal" xəbər verir ki, ukrayalı nazir bu barədə "Twitter"də yazıb. 

"Biz minlərlə günahsız insanı dəfn etməyin nə olduğunu başa düşürük", - Reznikov qeyd edib. 

O, həmçinin müharibənin ilk günündən Ukraynaya verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib: "Ukraynada və Türkiyədə olan hər kəsdən səmimi qəlbdən üzr istəyirəm". 

Qeyd edək ki, O.Reznikov İspaniyanın "La Razon" nəşrinə müsahibəsində deyib ki, müharibədə həlak olan ukraynalı hərbçilərin sayı Türkiyədəki zəlzələdə ölənlərin sayından azdır.

Ağarza Elçinoğlu