İranın vitse-prezidenti Məsud Mirkazemi istefa verib.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki,  M.Mirkzaemi səhhətində yaranan problemlərə görə vəzifədən ayrılıb.

İran Prezidenti İbrahim Rəisi Nazirlər Kabinetinin aprelin 17-də keçirilən iclasında bildirib ki, ictimaiyyət və mətbuat M. Mirkazeminin işdən çıxmasını problem kimi dəyərləndirməməlidir: “Hökumət onun təcrübəsindən istifadə edəcək”.