Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Türkiyə-Rusiya-Suriya-İran müdafiə nazirləri və kəşfiyyat rəisləri arasında keçiriləcək dördtərəfli görüşdə iştirak etmək üçün Moskvaya gediblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Akar və Fidanı Vnukova hava limanında Rusiya rəsmiləri ilə yanaşı, Türkiyənin Moskva səfiri Mehmet Samsar və digər rəsmi şəxslər qarşılayıb.

Akar görüş çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.

Görüşün bu gün Moskvada keçirilməsi planlaşdırılır.

Ağarza Elçinoğlu