Almaniya kansleri Olaf Şolts Çinin baş naziri Li Qianqı iyunun 20-də danışıqlar üçün Berlinə dəvət edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat dərc edib. 

Bu yolla o, Avropa ilə Çin arasında münasibətlərdə gərginliyi azaltmağa çalışır.

Almaniya bəzi məqamlarda Pekinə rəqib kimi baxsa da, Şolts mühüm ticarət tərəfdaşı və alman ixracatının ən vacib istiqaməti olan Çinlə əlaqələrin kəsilməsinə qarşıdır.

Ağarza Elçinoğlu