İrəvan münasibətlərin tam normallaşması üçün səkkiz şərt yerinə yetirməlidir.

"Unikal" xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi hələ də işğal altında olan səkkiz sərhəd kəndini geri qaytarmalıdır: "Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirməli, silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, hələ də işğal altında olan səkkiz sərhəd kəndini geri qaytarmalı, ərazi iddialarından, qanunsuz hərəkətlərdən və dezinformasiyadan əl çəkməli, bir neçə min azərbaycanlının taleyinə işıq salmalıdır. Münaqişə zamanı itkin düşənlər, Azərbaycana dəymiş ziyanı bərpa etsinlər və iki ölkə arasında sülh müqaviləsi və sərhədin demarkasiyası ilə bağlı xoş niyyətlə danışıqlar aparsınlar".

Ağarza Elçinoğlu