Rusiyanın Sverdlovsk vilayətinin Taejnı kəndində 21 ev yanaraq kül olub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlardan 16-sı yaşayış evi olub: "Yanğınsöndürənlər yanğının tezliklə qarşısını almaq üçün bütün tədbirləri görürlər. Söndürmə işlərinə 30-dan çox canlı qüvvə və 10 texnika cəlb olunub. Bundan əlavə, yanğın yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri göndərilib".

Ağarza Elçinoğlu