Sudanda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında toqquşmalarda həlak olan mülki şəxslərin sayı 459-a çatıb, 4075 nəfər yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi bildirib.

"Toqquşmalarda 459 ölü, 4075 yaralı var və real rəqəmlər daha çoxdur", - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, Sudanda ordu ilə çevik qüvvələr arasında qarşıdurma ikinci həftədir ki, davam edir.

Ağarza Elçinoğlu