Çərşənbə axşamı Suriya, Rusiya, İran və Türkiyənin müdafiə nazirləri türk qoşunlarının Suriyadan çıxarılması və M4 beynəlxalq avtomobil yolu ilə bağlı razılaşmanın icrasını müzakirə etmək üçün dördtərəfli görüş keçiriblər.

"Unikal" xəbər verir ki, danışıqlarda iştirak edənlər Türkiyə qoşunlarının Suriya ərazisindən çıxarılması məsələsinə baxıblar. Həmçinin M4 beynəlxalq magistral yolu ilə hərəkətlə bağlı xüsusi sazişin həyata keçirilməsi də müzakirə edilib.

Rusiya Federasiyası, İran, Suriya və Türkiyənin müdafiə nazirləri Moskvada Suriyada təhlükəsizliyin gücləndirilməsi və Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə ediblər.