Rusiya Qara dənizdəki hərbi gəmilərinin sayını artırıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri komandanlığının mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, Qara dənizdə Rusiyanın 7 gəmisi döyüş növbətçiliyindədir, onlardan üçü “Kalibr” qanadlı raketlərin daşıyıcısıdır.

Bundan əvvəl UNİAN agentliyi Qara dənizdə iki yerüstü reaktiv daşıyıcı gəminin növbətçi olması barədə məlumat yaymışdı.