Meksikanın Xalisko ştatında meşə yanğınları 3 gündür ki, davam edir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tapalpa şəhərində başlayan meşə yanğınını söndürməyə çalışan bir yanğınsöndürən həlak olub.

Yanğının söndürülməsi regional yanğınsöndürmə idarəsi və ətraf bələdiyyələrdən təşkil olunmuş 291 nəfərlik qrup və 2 helikopterin dəstəyi ilə davam etdirilir.

Ərazidə yaşayan 260 nəfər təxliyə olunub. 

Ağarza Elçinoğlu