Aprelin 26-da BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təcavüzündən bəhs edən BMT və Avropa Şurası arasında əməkdaşlığa dair qətnamə qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi bildirib.

Məlumata görə, Rusiya qətnamədən Ukraynaya təcavüzə işarəni çıxarmaq istəyir, lakin sənədin lehinə 122 səs verilib. 

Digər ölkələrlə yanaşı, Ermənistan, Çin və Türkiyə də qətnaməni dəstəkləyib.

Rusiya, Belarus, Nikaraqua, Suriya və Şimali Koreya qətnaməyə qarşı çıxıb. 

Azərbaycan və digər 18 ölkə bitərəf qalıb.

Ağarza Elçinoğlu