ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşü başa çatıb.

“Unikal” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər regiondakı durumu, o cümlədən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə ediblər.

xxx

17:14

ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü məlumat verib.