Bolqarıstanın baş prokuroru İvan Geşevə qarşı sui-qəsdə cəhd edilib. 

"Unikal" xəbər verir ki, baş prokurorun korteji yolunda partlayış törədilib. 

Bolqarıstan Milli Televiziyası ölkənin Daxili İşlər Nazirliyinə istinadən bildirib ki, partlayıcı qurğu Sofiya ilə Samokov şəhəri arasındakı magistral yolda maşınlardan birinin qarşısında işə düşüb. Partlayış nəticəsində xəsarət alan olmayıb.

Hadisəni araşdırmaq üçün bütün təhlükəsizlik xidmətlərinin nümayəndələrinin daxil olduğu əməliyyat qərargahı yaradılıb.

Ağarza Elçinoğlu