ABŞ, Cənubi Koreya və Yaponiyanın üçtərəfli sammiti mayın ikinci yarısında Xirosimada keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə yerli Jiji agebtliyi mənbələrə istinadən məlumat yayıb.  Agentliyin məlumatına görə, görüş eyni vaxtda və eyni məkanda baş tutmalı olan G7 sammiti ilə paralel olaraq planlaşdırılır.

Qeyd edildiyi kimi, üç ölkənin liderləri arasında danışıqların əsas mövzuları Çinin və Şimali Koreyanın nüvə proqramının artan təsirinə qarşı mübarizə ilə bağlı məsələlər olmalıdır. Mətbuat ABŞ-Cənubi Koreya-Yaponiya sammitinin əməkdaşlığın gücləndirilməsi ilə bağlı olacağına diqqət çəkib.

Eyni zamanda, görüşdən əvvəl Yaponiyanın baş naziri Fumio Kişidanın ilk dəfə Cənubi Koreyaya səfəri gözlənilir. Sammitə gəlincə, üç dövlətin başçısı sonuncu dəfə 2022-ci ilin noyabrında görüşüb.