Türkiyənin Mardin şəhərinddə PKK terror təşkilatına qarşı keçirilən əməliyyatla əlaqədar komendant saatı elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə Mardin Valiliyi mətbuata açıqlayıb. 

Əməliyyat bitənə qədər insanlara evdən çölə çıxma qadağası tətbiq olunub. 

Məlumata görə, separatçı terror təşkilatı üzvləri və onlarla işbirliyi edən yüksək səviyyəli təşkilat rəhbərlərinin zərərsizləşdirilməsi məqsədi ilə bunker, sığınacaq, anbar əraziləri dağıdılıb.

Ağarza Elçinoğlu