Türkiyənin İstanbul şəhərinin Tuzla rayonundakı gəmiqayırma zavodunda yanğın baş verib.

"Unikal" xəbər verir ki, hazırda gəmilərdən birində başlayan yanğına yanğınsöndürənlər tərəfindən müdaxilə edilir.

Məlumata görə, yanğın yük gəmisində başlayıb. İşçilər zavoddan təxliyə edilib. 

Qeyd edək ki, may ayının 1-də də sözügedən zavodda təmir edilən gəmi qaynaq işləri zamanı yanmışdı. 

Ağarza Elçinoğlu