Aprelin 29-da Rusiyanın Polşadakı səfirliyindəki məktəb binasının Polşa təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilməsi ilə bağlı Polşanın müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu kobud akt 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Bu addım Rusiyanı qıcıqlandırmağa və münasibətlərimizi kökündən məhv etməyə yönəlmiş növbəti həlqədir”, - nazirliyin bəyanatında deyilir.

Bundan əvvəl Rusiya XİN Polşanın müvəqqəti işlər vəkilinin nazirliyə çağırıldığı barədə məlumatı açıqlamışdı.