"Flyone Armenia" aviaşirkətinə məxsus təyyarənin Dubayın hava məkanına daxil olmasına icazə verilməyib.

"Unikal" xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Aram Ananyan məlumat verib. 

Məlumata görə, hadisə 7 may tarixində olub. İrəvan-Dubay reysini həyata keçirən təyyarə qadağa səbəbindən İranın Şiraz hava limanında məcburi eniş edib. 

 Aviaşirkət problemə görə sərnişinlərdən üzr istəyib.

Ağarza Elçinoğlu