ABŞ-ın hazırkı prezidenti Co Bayden, eləcə də keçmiş prezidentlər Barak Obama və Donald Tramp Haaqa məhkəməsi qarşısına çıxmalıdırlar.  

"Unikal" BBC-yə  istinadən xəbər verir ki,  bunu  Avropa Parlamentinin üzvü Mik Uolles sosial şəbəkə hesabında yazıb. 

"Obama, Tramp və Bayden Beynəlxalq Cinayət Məhkəməsində görünsünlər",-  o, qeyd edib. 

Onun sözlərinə görə,  ABŞ-ın 43-cü prezidenti Corc Buş və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer də məhkəmə qarşısına çıxmalıdır. 

"Əgər bu baş verməsə, o zaman Beynəlxalq Cinayət Məhkəməsinin ədalət mühakiməsi səviyyəsinin etimadı fəlakətli dərəcədə aşağı səviyyədə olacaq",-  deyə Uolles yekunlaşdırıb.

Xatırladaq ki, bu ilin martında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya lideri Vladimir Putinin həbsinə order verib.

Gülayə Mecid