Ukraynadakı münaqişə Qərbin dünyanın digər hissələri ilə fikir ayrılıqlarını üzə çıxarıb.

"Unikal" xəbər verir ki, bu  barədə Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cosep Borrell tvitter hesabında yazıb 

Borrelin fikrincə, Qərblə dünyanın qalan hissəsi arasındakı uçurum müharibədən də kənara çıxır.  

Onun sözlərinə görə,  bu parçalanma daha da dərinləşəcək və uçuruma çevrilə bilər. O, həmçinin inkişaf etməkdə olan ölkələrin gözləntilərini və narazılıqlarını ciddi qəbul etməyin zəruriliyini qeyd edib.