Rusiya Prezidenti Vladimir Putin bu il Qırğızıstana rəsmi səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Qırğızıstan lideri Sadır Japarov Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti ilə görüşüb və onu ölkəsinə səfərə dəvət edib. Rusiya lideri də öz növbəsində təklifi qəbul edib.