"Rəsmi İrəvanın KTMT-ni ictimai tənqid etməsini əks nəticəli hesab edirik".

"Unikal" xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Düzünü desəm, Ermənistan rəhbərliyinin təşkilatın effektivliyini özündən kənarda müzakirə etmək istəyi çaşqınlıq doğurur, bir halda ki, bunun üçün KTMT-də bütün lazımi formatlar, yaradılmış qarşılıqlı fəaliyyət kanalları, ən əsası isə bu təşkilatın üzvləri nəinki bütün bunları dinləməyə, həm də bu istiqamətdə işləməyə hazırdır”- deyə Zaxarova bildirib.