Rusiya prezidenti Vladimir Putin vətəndaşların hərbi təlimlərə çağırılması haqqında fərman imzalayıb.

"Unikal" xəbər verir ki, fərman Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

“2023-cü ildə ehtiyatda olan Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyası Silahlı Qüvvələrində, Rusiya Federasiyası Milli Qvardiyasının qoşunlarında, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi təlim keçməyə çağırılsın”. fərmanda deyilir.