Bu gün Rusiyanın Bryansk vilayətində Mi-8 helikopterlərinin və Su-34 və Su-35 hərbi təyyarələrinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

"Unikal" xəbər verir ki,  bu  barədə “Baza” teleqram kanalı məlumat yayıb. 

Bildirilir ki, Klintski rayonunda Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində hər üç ekipaj üzvü həlak olub.

Unechski rayonunda ikinci Mi-8 helikopterinin qəzaya uğramasından sonra döyüş maşınının daha üç ekipaj üzvü həlak olub.

***14:55

Rusiyanın Bryansk vilayətində Mi-8 helikopteri qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, hadisə vilayətin Klintsı şəhərində baş verib.

İlkin məlumatlara görə, qəza helikopterin mühərrikinin yanması nəticəsində baş verib.

Teleqram kanallarında helikopterin havada olarkən partladığı videogörüntülər yayılıb.

Faktla bağlı araşdırma aparılır.