Türkiyədə keçirilən prezident və parlament seçkilərində mənfi hal qeydə alınmayıb.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener səsvermə başa çatandan sonra deyib.

"Seçkilərdə nəticələrə mənfi təsir edə biləcək hər hansı hal yaşanmayıb", - deyə YSK sədri bildirib.