Türkiyənin Hatay şəhərinin Belen rayonunda yük maşını avtomobillərə çırpılıb. 

"Unikal" xəbər verir ki, əyləci partlayan yük maşınının qəza törətməsi nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

Qəzada 10-dan çox nəqliyyat vasitəsinin sıradan çıxdığı qeyd olunub. 

Yaralılar bölgəyə göndərilən təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.

Ağarza Elçinoğlu