İsrail Silahlı Qüvvələrinin hərbçiləri bazar günü, mayın 14-də axşam saatlarında Fələstinin HƏMAS radikal hərəkatının Qəzza zolağında iki hərbi postuna hücum ediblər. Hücum daha əvvəl yəhudi dövlətinin ərazisinə edilən raket hücumuna cavab olub.

"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb .

Mətbuat xidmətinin məlumatına görə, zərbələr Qəzza zolağının şimal hissəsində yerləşən iki hərbi məntəqəyə endirilib.

Bazar günü  İsrail Müdafiə Qüvvələri Qəzza zolağında yerləşən fələstinli qrupların uzun fasilədən sonra yenidən İsrail ərazisinə raket atdığını bildirib.

Mayın 14-də İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə silahlı qüvvələrinin hərbçiləri Qəzza zolağında “Qalxan və ox” əməliyyatı zamanı Fələstin İslami Cihad radikal hərəkatının (Rusiyada qadağan olunmuş təşkilat) bütün zirvəsini məhv ediblər .