Avropa təhlükəsizlik arxitekturası Ukraynanın təhlükəsizliyini tam təmin etməlidir.

"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron "Opinion"a müsahibəsində bildirib.

“Mən həmişə demişəm ki, gələcəkdə Avropa təhlükəsizlik arxitekturası Ukraynanın təhlükəsizliyini tam təmin etməlidir. Amma bu, həm də Rusiya ilə qarşı-qarşıya gəlməməyi və davamlı tarazlığın bərpasını əhatə etməlidir. Lakin bu nöqtəyə çatmaq üçün hələ çox mərhələlər keçmək lazımdır”, - deyə Makron qeyd edib.

Fransa prezidentinin sözlərinə görə, Rusiya geosiyasi məğlubiyyətə uğrayıb, Çindən asılılığa düşüb və tarixi müttəfiqlərini şübhə altına alıb. 

Makronun fikrincə, Avropanın vəzifəsi Ukraynaya əks-hücumda kömək etmək, həmçinin təhlükəsizlik təminatı məsələlərini hazırlamaqdır.