"Seçkilərin ikinci tura gedəcəyi ehtimalının yüksək olduğunu görürük". 

"Unikal" xəbər verir ki, bunu Ata alyansının prezidentliyə namizədi Sinan Oğan deyib. 

"Bu seçkinin açarı türk millətçiləri və kamalistlərdir. Məhərrəm İncə müxtəlif təzyiqlərlə seçkilərdən kənarlaşdırıldıqdan sonra bu siyasi hadisədən çoxlu dərslər çıxarmaq lazımdır. Son iki gündə bizə hücumlar edildi, haqsız yerə günahlandırıldıq. Hər bir nəticə millətimiz üçün xeyirli olacaq!", - deyə Oğan bildirib. 

O, bildirib ki, qarşıda onları daha çətin 15 gün gözləyir: "Əlimizdən gələni edəcəyik. Deməyəcəyik ki, indi onu-bunu dəstəkləyirik. Biz ittifaqı yaradan tərəflərlə məsləhətləşib, qərar verəcəyik. Bu, sanki sövdələşməyə girəcəkmiş kimi başladıldı". 

Ağarza Elçinoğlu